Menu

Türkiyədən ABŞ-a xəbərdarlıq

26.11.2014, 11:23
Türkiyədən ABŞ-a xəbərdarlıq

XİN: "Erməni soyqırımı"nın gündəmə gətirilməsi münasibəti pozar"

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Ankarada ABŞ səfiri Con Bass ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı, "erməni soyqırımı" məsələsi müzakirə olunub.

ANS PRESS-in məlumatına görə, görüş zamanı Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib ki, gündəliyə ABŞ tərəfindən "erməni soyqırımı" məsələsinin gətirilməsi Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri pozar. Bu, əlaqələrimizin inkişafına neqativ təsir göstərə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol