Polşa 2024-cü ildə Avropanın ən böyük quru qoşunları təlimi olan «Dragon-24»ə ev sahibliyi edəcək.
“AzPolitika.info” "Yevropeyskaya Pravda"ya istinadla xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının yeni təyin olunmuş rəisi Vislav Kukula ölkənin cənub-şərqindəki Nowa Demba şəhərindəki poliqonda bildirib.
Onun sözlərinə görə, təlimlərdə 15 min Polşa əsgəri, o cümlədən NATO ölkələrindən, o cümlədən ABŞ və Böyük Britaniyadan 5 min hərbçi iştirak edəcək. O, 2024-cü ildə Dragon-24-ün Avropada quru qoşunlarının ən böyük təlimi olacağını vurğulayıb.
Bundan əvvəl Polşanın bir sıra nəşrləri Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Raymund Andjeyçak və Əməliyyat Qüvvələrinin komandanı general Tomaş Piotrovskinin istefa ərizələrini təqdim etdikləri barədə məlumat yayıb. Və ardınca, Polşa Prezidenti Anjey Duda yeni təyinatlara imza atıb.
Rüfət
AzPolitika.info


Şərhlər