Menu

"Fransanın Azərbaycanla bağlı ittihamları əsassızdır" - Türkiyənin hakim partiyası

12.10.2023, 18:15
"Fransanın Azərbaycanla bağlı ittihamları əsassızdır" - Türkiyənin hakim partiyası

"Fransanın Azərbaycanla bağlı ittihamları əsassızdır"

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanın öz torpağı olan Qarabağda erməni terrorçuların çıxarılması üçün antiterror tədbirləri keçirdiyini xatırladıb: "Antiterror tədbirləri nəticəsində terrorçular ərazidən çıxarıldı. Bundan sonra Azərbaycana qarşı soyqırım ittihamları səsləndi. Amma bu təsdiqlənmədi. Ümumiyyətlə, belə bir şeydən söhbət gedə bilməz. Əraziyə göndərilən BMT missiyaları nəyəsə nail ola bilmədi. Xüsusilə Fransanın ittihamlarının heç bir əsası yoxdur”.

Ö.Çəlik həmçinin bildirib ki, Azərbaycan Qarabağdakı ermənilərə qalıb yaşamağı da təklif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol