Menu

Qəzzada ölənlərin sayı 1537 nəfərə çatıb

13.10.2023, 00:28
Qəzzada ölənlərin sayı 1537 nəfərə çatıb

İsrailin Fələstinin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 1537 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 6612 nəfər yaralanıb.

HAMAS-ın İsrailə hücumu nəticəsində isə ölənlərin sayı 1300 nəfərə çatıb.

Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol