Menu

Azərbaycan hökuməti 2023-cü ilin sonuna orta illik inflyasiya proqnozunu açıqlayıb

13.10.2023, 10:14
Azərbaycan hökuməti 2023-cü ilin sonuna orta illik inflyasiya proqnozunu açıqlayıb

İqtisadiyyat Nazirliyi antiinflyasiya tədbirlərini nəzərə alaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə - 9,5 % olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.

Qeyd olunub ki, ölkə Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 % olub. Bu dövrdə illik inflyasiya isə 5,1 % təşkil edib

Şərhlər

Pensiyaçı 2023-10-13 16:06:32

9.5. faizin haradan becə götürüldüyü təəcüb yaradır.Axı Azərbaycanda dolların kursi illərdir sabitdir.İkinci tərəfdən ətzaq və xidmətlər 2023-cü ilin əvvəli ilə müqayisədə 45-100 faiz bahalaşdığı hamının gözü önündədir.Belə halda bu 9.5 faiz hansı hesabdan alınır?İkincisi belə absurd rəqəmlər ona görə yanlış olaraq ortaya atılır ki, əhalinin müavinət.pensiya.maaş aryımları edən zaman bu absurd rəqəmlərdən istifadə edərək xalqın onsuz da ağır olan yaşam şətaitini daha da ağırlaşdırsınlar.Belə absurd 9.5 faiz göstərilməsi (heç bir əsas göstərilmədən və olmadan ) yalnız xalqın zülmünün daha da ağırlaşmasına xidmət edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol