Menu

İsraildən 72 Azərbaycan vətəndaşı Bakıya yola salınıb

13.10.2023, 10:53
İsraildən 72 Azərbaycan vətəndaşı Bakıya yola salınıb

İsraildən 72 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, onlar oktyabrın 12-13-də Azərbaycanın İsraildəki Səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində Mahaçqala, Dubay şəhərləri üzərindən birbaşa reys vasitəsilə yola salınıblar.

Eyni zamanda qeyd olunub ki, təyyarədə azərbaycanəsilli İsrail vətəndaşları da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol