Menu

DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEO

13.10.2023, 11:58
DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

DİN-dən verilən məlumata görə, çağırışda bildirilir ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər.

"Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

  • Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
    • Yalnız gündəlik işlək yollardan istifadə edin!
    • Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
    • Naməlum əşyalara toxunmayın!
    • Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!", - çağırışda vurğulanır.
  • Xatırladaq ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib. Nəticədə "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

    Şərhlər

    Telegram-da bizə qoşulun
    Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
    Abunə ol