Menu

“BakuBus” MMC-nin bu avtobusu dayanacaqda saxlamır - FOTO

13.10.2023, 12:03
“BakuBus” MMC-nin bu avtobusu dayanacaqda saxlamır - FOTO

Son vaxtlar “BakuBus” MMC-yə məxsus avtobuslarla bağlı mətbuatda və sosial şəbəkələrdə şikayətlərin sayının artdığı müşahidə edilir.

Belə bir şikayətlərdən biri də “AzPolitika.info” saytına daxil olub.

Saytımıza müraciət edən paytaxt sakini 32 (Səməd Vurğun bağı-Cəmşid Naxçıvanski küçəsi) nömrəli marşurut sürücüsündən şikayətçi olduğunu bildirib. 

Paytaxt sakininin sözlərinə görə, avtobus sürücüsü bir neçə dəfə sərnişindaşıma qaydalarını kobud şəkildə pozub: “Bu səhər “Xətai” metrostansiyasının önündəki dayanacaqdan 32 nömrəli avtobusa mindim. AMAY Biznes Mərkəzinin önündəki dayanacaqda enməli idim. Lakin sürücü dayanacağın boş olduğunu əsas gətirərək avtobusu saxlamadı. Yolboyu sükan arxasında telefonla danışan 77-JA-683 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsündən dayanacaqda niyə saxlamadığını soruşduqda isə o, absurd şəkildə “Gic deyiləm ki, boş dayanacaqda saxlayım, vaxt gedir” cavabını verərək, özünə haqq qazandırmağa çalışıb”.

Şikayətçi aidiyyatı qurumlardan sərnişindaşıma qaydalarını kobud şəkildə pozan sürücü ilə bağlı lazımi tədbirlərin görülməsini xahiş edir.

Qeyd edək ki, məsələ ilə bağlı “BakuBus” MMC-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən tapılmayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol