“Bölgədə yeni cəbhənin açılması İsrailin Qəzzadakı hərəkətlərindən asılıdır. Onlar Qəzzanı tamamilə mühasirəyə alıb, vətəndaşları bombalayıb, müharibə cinayətləri törədib və sonda buna qarşılıq verilməyəcəyini gözləyə bilməzlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
Abdullahian İsrailin tamamilə mühasirəyə aldığı Qəzzaya qarşı qırğın başlatdığını, başda ABŞ olmaqla bəzi tərəfdaşların Təl-Əviv rəhbərliyinə dəstək verdiyini deyib: “Bu şərtlərdə hər cür ehtimal gerçəkləşə bilər. Biz bölgədə yeni hadisələrin şahidi ola bilərik. Düşünürəm ki, oktyabrın 7-də İsrailə qarşı başladılan “Əqsa tufanı” əməliyyatı İsrail rəhbərliyinin radikal yanaşmalarından qaynaqlanır. Biz Qəzza xalqına yardımların çatdırılması üçün Qırmızı Xaç və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri ilə əlaqə saxladıq və bölgə ölkələri ilə məsləhətləşmələr apardıq”.
İranlı nazir qeyd edib ki, İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərin dayandırılması zəruridir.
“AzPolitika.info”

Şərhlər
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian , siz You Tube kanallarinda video - lara baxdınızmı,
XAMAS silahlıları tərəfindən girov götürülmüş İsrailin azyaşlı uşaqları salınıb İT QƏFƏSLƏRİNƏ ,
budurmu Xomeyninin İranda təbliq etdiyi İslam dininin HUMANISTLIYI ???????