Menu

Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı hüquqi məsələlər müzakirə olunub - FOTOLAR

13.10.2023, 14:40
Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı hüquqi məsələlər müzakirə olunub - FOTOLAR

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nümayəndə heyəti Azərbaycan-Türkiyə Universitetinin (ATU) təsis edilməsi istiqamətində müzakirələrin davam etdirilməsi məqsədilə Türkiyənin Ali Təhsil Şurasında görüş keçirib.

Görüş zamanı ATU-nun yaradılması üzrə hüquqi çərçivənin formalaşdırılması istiqamətində danışıqlar davam etdirilib.

Daha sonra nümayəndə heyəti Bilkent Universitetinin texnoparkına baxış keçirib və universitetin rektoru Kürşat Aydoğan ilə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol