Menu

ABŞ dövlət katibi Fələstin prezidentiylə görüşdü

13.10.2023, 16:11
ABŞ dövlət katibi Fələstin prezidentiylə görüşdü

ABŞ dövlət katibi Antoni Blinken İsrailə qısa səfərindən sonra İordaniyanın paytaxtı Əmmanda Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşüb. 

"AzPolitika.info" bu barədə «Bloomberg»-ə istinadən xəbər verir.

Məlumata görə, bu, Həmas qruplaşmasının İsrailə hücumundan sonra ABŞ rəsmisi ilə Fələstin Muxtariyyətinin lideri arasında ilk üz-üzə görüşdür.

Fələstin Administrasiyası İordan çayının qərb sahilinə qismən nəzarət edir, lakin Qəzza zolağına nəzarət edən HƏMAS-ın kəskin siyasi rəqibidir.

87 yaşlı Abbas son 18 ildə Fələstin Muxtariyyətinə rəhbərlik edib. Onun ilk dörd illik səlahiyyət müddəti ərazidə seçkilərin keçirilməməsi səbəbindən uzadılıb. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol