“ABŞ Rusiya və Çinlə eyni vaxtda müharibə ehtimalına hazır olmalıdır”.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin Strateji Planlaşdırma Komissiyasının 145 səhifəlik hesabatında deyilir.
"Bu gün Birləşmiş Ştatlar bir deyil, iki bərabər nüvə düşməninin meydana çıxması ərəfəsindədir, onların hər biri zərurət yaranarsa, beynəlxalq status-kvonu güc yolu ilə dəyişdirmək ambisiyalarına malikdir. Bu, Birləşmiş Ştatların qabaqcadan görmədiyi bir vəziyyətdir və bunun üçün hazırlanmamışdır,” –hesabatda qeyd olunur.
Sənədin hazırlanmasında iştirak edən yüksək vəzifəlişəxs“Reuters”ə bildiriblər ki, ABŞ hərbi strategiyası eyni vaxtda iki müharibəyə icazə verir, çünki Rusiya və Çin arasında “maksimum koordinasiya” ola bilər. O, ABŞ kəşfiyyatının bu iki ölkənin nüvə silahı sahəsində əməkdaşlığından xəbəri olub-olmadığını söyləməkdən imtina edib.
Hesabatın müəllifləri hesab edirlər ki, Çin və Rusiyadan gələn təhdidlər 2027-2035-ci illərdə daha da pisləşəcək, ona görə də qərarlar indi qəbul edilməlidir. Hesabatda deyilir ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri eyni vaxtda hər iki düşmənin qarşısını almağa və məğlub etməyə hazır olmalıdırlar.
Konqresin Strateji Planlaşdırma Komissiyası ABŞ səlahiyyətlilərinə “büdcə reallıqlarına” baxmayaraq, adi silahlar yaratmağı və nüvə silahlarının modernləşdirilməsi proqramlarını genişləndirməyi təklif ediblər.
Ümumilikdə hesabat ABŞ Prezidenti Co Baydenin mövqeyi ilə ziddiyyət təşkil edir. O hesab edir ki, ABŞ-ın hazırkı nüvə arsenalı Rusiya və Çinin birləşmiş qüvvələrinin qarşısını almaq üçün kifayətdir.
“AzPolitika.info”


Şərhlər
Rusya Ukrayna,İzrail Fələstin müharibələri yalnız bir yol bir lahiyənin üstündədir,bu doğurdanda çox ciddi lahiyədir,avropadan afrikaya quru nəqliyat yolu buda anqlasakslr və bəzi avropa dövlətlərin iqtisadi cəhətdən ölümə bərabərdir,sanksiyalar işləməz,valyutalar ölər artıq onlar üçün hər şey bitmiş kimi görsınər.bax bunlara görədir.