İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
“AzPolitika.info” xəbər verir ki, iranlı nazir görüşün ardından bir sıra açıqlamalar verib.
O, Livan Hizbullahı da daxil olmaqla, bölgədəki müqavimət hərakatları ilə birlikdə İsrailə qarşı bütün ssenarilərə hazır olduqlarını bildirib.
Abdullahian, Qəzzaya su, elektrik, qida və dərman yardımının kəsildiyini bildirərək islam ölkələrinə çağırış edib.
“Buradan İslam ölkələrinə və beynəlxalq qurumlara çağırış edirəm. Qəzzanın məzlum və mülki əhalisini qarşı təcili olaraq mühasirəni dayandırmağa və sionistlərin hərbi cinayətlərinə son qoymağa çağırıram”,-deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər