Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün ABŞ-ın dəstəklədiyi planı dayandırıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Reuters” agentliyi məlumat yayıb.
Ər-Riyada yaxın iki mənbəyə əsaslanan xəbərdə İsrail və Fələstinin HƏMAS qruplaşması arasında müharibənin şiddətləndiyi, bunun xarici siyasət prioritetlərinin sürətlə yenidən nəzərdən keçirilməsindən xəbər verdiyi qeyd edilib.
Xəbərdə o da qeyd olunub ki, hazırkı münaqişə krallığı İranla əlaqə qurmağa məcbur edib.
“AzPolitika.info”


Şərhlər