Menu

"Fələstinlilər üçün dövlət yaratmaqda uğursuzluğa uğradıq" - Borrel

14.10.2023, 14:17
"Fələstinlilər üçün dövlət yaratmaqda uğursuzluğa uğradıq" - Borrel

Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, israillilər və fələstinlilər üçün iki dövlət yaratmaq səyləri uğursuz olub.

"AzPolitika.info" DPA-ya istinadən xəbər verir ki, o, bunu Pekinə səfəri zamanı deyib.

Borrell qeyd edib ki, 30 ildə iki dövlətli həll yolunda heç bir uğur əldə edilməyib.

O, həmçinin etiraf edib ki, iki ayrı dövlət gələcəkdə israillilər və fələstinlilər üçün arzuolunan məqsəd olsa da, bu, hazırkı münaqişəni həll etməyəcək.

"Biz indi Qəzzada ciddi humanitar böhranın şahidi oluruq", - Aİ-nin baş diplomatı əlavə edib.

O vurğulayıb ki, İsrail beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol