Menu

Avstraliyalılar yerli xalqlara səsvermə hüquqlarının verilməsinə qarşı çıxıblar

15.10.2023, 00:36
Avstraliyalılar yerli xalqlara səsvermə hüquqlarının verilməsinə qarşı çıxıblar

Avstraliyalılar yerli xalqlara onları narahat edən məsələləri hökumət və parlamentlə müzakirə edə biləcək məsləhət orqanı yaratmağa icazə verən konstitusiya dəyişikliklərinin əleyhinə səs veriblər.

Oktyabrın 14-də Avstraliyada referendum keçirilib. Altı ştatın hər birində seçicilərin əksəriyyəti əsas qanuna edilən dəyişikliklərin əleyhinə səs veriblər.

Ümumilikdə, seçicilərin 60%-i yerli xalqlara veriləcək yeni hüquqlara qarşı çıxıb ki, bu da qitəni sonradan işğal etmiş və yerli sakinlərə qarşı etnik təmizləmə aparmış, hazırda isə özünü sivil və demokratik toplum kimi təqdim edən “gəlmələrin” əslində hansı dəyərlərin daşıyıcısı olduğunu bir daha təsdiqləyir.

Mənbə: rbc.ru

Şərhlər

Oxucu. 2023-10-15 08:24:37

Bəyəm təkcə Avstraliyadır,ABŞ,Kanada,Yeni Zelandiya,Şimali İrlandiya bu ölkələri vaxtilə anqlasakslar işğal edib,yerli xalqlar demək olarki taə əriyib,yəni doğma dillərini bilmirlər yalnız ingilis dilində danışırlar,bəla burasındadırki,bu beş dövlətlə gözü doymayan ingilislər dünyanı bu dilə məcbur edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol