Menu

İsrail HƏMAS-ın yüksək rütbəli zabitini öldürüb

15.10.2023, 09:42
İsrail HƏMAS-ın yüksək rütbəli zabitini öldürüb

İsrail hərbçiləri Fələstinin HƏMAS-ın xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini öldürüb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.

“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına görə, Qəzza zolağında HƏMAS-ın “Nuxba” adlı xüsusi təyinatlılarının bölük komandirlərindən biri Bilal Əl-Kedranı zərərsizləşdirilib”, - məlumatda bildirilir.

Qeyd olunub ki, həmçinin hava hücumu zamanı HƏMAS və Fələstinin radikal “İslami Cihad” hərəkatının digər yaraqlıları da öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol