Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama verməyib, bu, düzgün deyil və heç də reallığı əks etdirmir.
Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
“Bu məqalədəki (“Politico”dakı məqaləyə istinad - Qeyd) ifadələr qeyri-dəqiqdir və dövlət katibi Blinkenin amerikalı qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir” - deyə, bildirilir.
Qeyd edək ki, Avropanın “Politico” nəşri Amerika diplomatiyasının rəhbərinin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc edib.


Şərhlər