“Biabırçılıq və ləyaqətsizlik damğası ermənilərin üzərindən qalxmayacaq”
Xankədidə Azərbaycan bayrağının dalğalanması Ermənistanda hiddətlə qarşılansa da, Nikol Paşinyan hakimiyyətinə qarşı hər hansı kütləvi etiraz aksiyası müşahidə olunmur. Bu isə erməni siyasi isteblişmenti tərəfindən birmənalı qarşılanmır.
“AzPolitika.info” xəbər verir ki, erməni politoloq Vaqe Ovannisyan ölkə mətbuatına açıqlamasında erməni cəmiyyətinin susqunluğunu və Paşinyanın hakimiyyətdə qalmasını anormallıq adlandırıb: ””Artsax”ın itirilməsindən sonra İrəvanda hakimiyyətin dəyişməməsi, bir məmurun belə istefa verməməsi anormallıqdır. Hazırda dünyada ikinci belə bir dövlət, xalq yoxdur. Başlıca problem bundadır. Elə bir şey varmı ki, onun çökməsindən sonra Nikol istefa versin? 5 il ərzində 4 müharibə və saysız-hesabsız itkilər, “artsax”ın itirilməsi və bütün bunlardan sonra o, yenə hakimiyyətdədir. Daha nə baş verməlidir ki, o, uduzduğunu hesab etsin?”
Erməni politoloq hesab edir ki, Paşinyan hakimiyyəti devrilmədikcə, biabırçılıq və ləyaqətsizlik damğası ermənilərin üzərindən qalxmayacaq. Bununla yanaşı, politoloqun fikrincə, Paşinyanın yerinə gələcək yeni hakimiyyət yeni müharibələr və reavanşizm üzərində iş qurmalı deyil. Sadəcə, reallığı düzgün dərk edib, “daha ləyaqətli Ermənistan” qurmağa çalışmalıdır.
“AzPolitika.info”

Şərhlər
Paşikin yerinə gələn zibil ermənistanın faciəsinə səbəb olacaq ,Paşik ölkəsini qurtarmağa çalışır ,düz də edir