Menu

Türkiyə və İran prezidentlərinin telefon danışığı olub

16.10.2023, 15:38
Türkiyə və İran prezidentlərinin telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.

Ərdoğan münaqişənin tezliklə sona çatmasının regional və dünya sülhü naminə vacib olduğunu, Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün sıx səylər göstərdiyini, gərginliyi artıran addımlardan qaçınılmasının lazım olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol