Menu

“Girovları xilas etmək üçün Türkiyədən yardım istəyirlər” – “HƏMAS zənglərə cavab vermir”

16.10.2023, 16:23
“Girovları xilas etmək üçün Türkiyədən yardım istəyirlər” – “HƏMAS zənglərə cavab vermir”

“Oktyabrın 7-də İsrail ilə baş verən qarşıdurma zamanı HƏMAS 150-dən çox mülki vətəndaşı girov götürüb. Vətəndaşlarını xilas etmək istəyən ölkələr Türkiyə də daxil olmaqla 3 ölkədən kömək istəyib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb. Məlumata görə, vətəndaşlarını HƏMAS-ın əlindən xilas etmək istəyən bir çox ölkə Misir, Qətər və Türkiyə rəsmiləri, eləcə də kəşfiyyat xidmətləri ilə görüşməyə başlayıblar.

Mövzu ilə bağlı WSJ-yə danışan misirli bir səlahiyyətli HƏMAS ilə əlaqə qurmağın mümkün olmadığını, HƏMAS üzvlərinin telefonlara cavab vermdəyini deyib.

ABŞ nəşri onu da qeyd edib ki, Türkiyə girovların vəziyyəti ilə bağlı HƏMAS-dan yetərli cavab ala bilməyib. 

Xəbərə görə, HƏMAS Türkiyəyə göndərdiyi mesajda “İsrail əlində saxladığı minlərlə fələstinli girovu azad etmədən əsirləri azad etməyəcək” ifadəsini işlədib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol