ABŞ Dövlət katibi Entoni Blinkenin İsraillə HƏMAS arasındakı münaqişə ilə bağlı region ölkələrinə səfəri kifayət qədər gərgin keçib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ben Salman Ər-Riyaddakı iqamətgahında Blinkeni saatlarla qapı arxasında gözlədib. Axşam saatlarından şahzadənin qəbulunu gözləyən ABŞ Dövlət katibi yalnız sabahı gün səhər Salmanın qəbuluna düşüb.
Qəbul zamanı isə şahzadə ABŞ-nin mövqeyinin əksinə olaraq, İsrailin Qəzzadakı əməliyyatları dərhal dayandırmasını, əraziyə su və elektrik enerjisi verilməsinin bərpa edilməsini tələb edib.

ABŞ-nin bütün cəhdlərinə baxmayaraq, Səudiyyə Ərəbistanı rəsmən HƏMAS-ın İsrailə qarşı hücumunu pisləməyib. Baxmayaraq ki, son zamanlar İsraillə Səudiyyə Ərəbistanının münasibətlərində müəyyən istiləşmə hiss olunurdu.
Misir Prezidenti Əbdulfəttah Əs-Sisi də Blinkeni soyuq qarşılayıb. Doğrudur, Misir HƏMAS-ın hücumunu pisləyən yeganə ərəb ölkəsi hesab olunur. Ancaq buna baxmayaraq, Əs-Sisi Blinkenə israilin hücumlarından şikayət edib və deyib ki, İsrailin Qəzzada törətdikləri “özünümüdafiə hüququnu” xeyli aşır.

Bununla yanaşı, Misir Qəzza ilə sərhəddəki buraxılış məntqəsindən Qəzzada qalan Amerika vətəndaşlarının Misirə keçidinə də icazə verməyib. 500-600 ABŞ vətəndaşı sərhəddə toplaşsalar da, Misir onların ölkəyə girişinə qadağa qoyub. Bu isə ABŞ ilə Misir arasında gərginliyi bir qədər də artırıb.
Bir sözlə, hazırda davam edən qarşıdurma ABŞ ilə onun özünə müttəfiq saydığı ərəb ölkələri liderləri arasında ciddi fikir ayrılığına səbəb olub və demək olar, bütün ərəb ölkələri İsrailin dərhal bombardmanları dayandırmasını tələb edirlər.
“AzPolitika.info”

Şərhlər
Dəyərli *AzPolitika.infoar*, Cənab Şərhçi, lütfən, heç bir hadisəni, hüquqa zidd cinayəti belə özəl-fərdi düşüncənizə uyğun yozub-yazmayın. Tarixə ilk dəfə 1795-1796cı illərdə Rus çarlığının (y)erməni(m) adlandırdığı, elə həmin əsrdə İranda anti-katolik gizlənmiş qrekorian qruplaşması sonralar bir sıra tarixlər yozmuş və düzəlişlərlə dərc etmişlər. Şahzadə Aparıcı Döövlətin Katibi ilə necə danışacağını düşünmədən necə qəbul edə bilərrdi?