İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, İsrail Qəzza zolağına hava hücumlarını dayandırarsa, HƏMAS 200-ə yaxın girovu azad edə bilər.
"AzPolitika.info" bu barədə İsrail mətbuatına istinadla xəbər verir.
Kənani iddia edib ki, HƏMAS-saxlanılan vətəndaşların və mülki şəxslərin azad edilməsi üçün lazımi tədbirlər görməyə hazır olduğunu bəyan edib. Ancaq bunun üçün Qəzzanın mülki əhalisinin bombardman edilməsinin dayandırmasını istəyir.
HƏMAS həmçinin əsirləri İsrailin saxladığı minlərlə fələstinli ilə mübadilə edəcəyini bildirib.
“Onlar dedilər ki, uzun müddət müqavimət göstərmək üçün hərbi potensiala malikdirlər” -deyə, Kənani bildirib..
Rüfət
"AzPolitika.info"


Şərhlər