Lənkəranda intihar hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lerik rayon Hamarmeşə kənd sakini Rəşad Ramiz oğlu Kərimov Lənkəran rayonunun Rvo kəndində şadlıq sarayının arxasındakı meşə massivində özünü asaraq intihar edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
İstintaqa lazım olan maddi sübutlar götürülür.
R.Kərimovun intihar etməsinin səbəbləri hələki məlum deyil.
Qeyd edək ki, özünə qəsd edən Rəşad Kərimov banklardan birinin Lənkəran filialının işçisi olub.


Şərhlər
Özünü asıbmı,yoxsa asılmış halda meyidi tapılıbmı?Özünü asıbsa intihardı,asılıbsa cinayətdi.Çünki intihar etmək özünə qəsd etmək deməkdir.Bıçaqlanmış adam gördükdə heç kim demir filankəs özünü bıçaqlayıb,amma asılmış birisini gördükdə hələ istintaq işə başlamadan “filankəs özünü asıb” deyirik.Yeri gəlmişkən,o bankda külli-miqdar yeyinti-filan olubmu?Bəlkə yeyib-dağıdıb bunun üstünə atmaq istəyiblər?Kim bilir.İstintaq araşdıracaq.Amma araşdırılana qədər bəlli olmaz ki,özünü asmağı.