Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edin.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə bitib - 1:0.
Rəqibin heyətində 48-ci dəqiqədə Marsel Sabitzer penaltidən fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.


Şərhlər
Biri deyir nənəm ölüb.Deyirlər nədən ölüb?Deyir uzun sürən ağır xəstəlikdən.Deyirlər ölümqabağı tərləmişdi?Deyir,hə,bərk tərləmişdi.Deyirlər onda yaxşıdı,çünki tər bədəndəki soyuqdəyməni çıxardır.Bizim millimizin uduzmağı da o nənənin ölümü kimi təbiidir,çünki bütün nənələr nə vaxtsa öləcəklər,əsas odur ki 90 dəqiqə meydanda ora-bura qaça-qaça tərləyiblər.Bu çox yaxşıdı,çünki tər bədəndəki soyuqdəyməni çıxardır.Ən azı növbəti uduzmaqlarına qədər xəstələnməyəcəklər deyə sevindim.Mən “Qarabağ”ın oyununa baxıram,uduzanda da bilirəm ki,adam kimi oynadılar,bəxt gətirmədi,nağayraq.Amma millimizin oyununa baxmıram,çünki bilirəm ki yüz faiz uduzacaq,baxıb niyə əsəblərimi korlayım?A balam,millidəki futbolçuların maaşlarını respublikadakı orta aylıq maaş və pensiyalar qədər verin də.Yoxsa düzəlməyəcək futbolumuz.Futbola iş kimi,al-ver və milyonların spisat olunması yeri kimi yox,incəsənət kimi baxmaq lazımdır.Maaşları qara camaatın maaşı qədər olsa vallah bu gün meydançada badalayanlardan,dombalaq aşanlardan,topu qəsdən yana vuranlardan,əlini qəsdən topa toxundurub rəqibə penalti qazandıranlardan birisi də bir daha meydançaya ayaq basmayacaq.Tapşırıqla,rüşvətlə də gətirilənlər olmayacaq maaş acınacaqlıdırsa,deyəcəklər ondansa gedib taksovatlıq edərəm də.Beləcə hamısı gedəcək,yerinə əsl futbol fədailəri gələcək.Qəlbində futbol xəstəliyi olmayan oyunçu oynamağı bacarmaz.Əsl aktyorlar,rəssamlar,yazıçılar necə orta aylıq maaşla həbəş üzü kimi qara gündə yaşasalar da sənətlərini buraxmırlar haa,əsl futbolçu da maaş az olsa da futbolu buraxmaz.Elə ki fədailər yığıldı,komanda düzəldi,vəssalam,əsl oyun ondan sonra olacaq.Yoxsa qətiyyən mümkün deyil.Bu günə qədər aldıqları maaşlarına toxunmayaq,yeyiblər yeyiblər dəə,nağayraq,amma bundan sonrakı maaşlarından kəsib uşaq pulu verin.Millət yazıqdı.