İsrail Müdafiə Qüvvələri Livandan ölkə ərazisinə keçmək istəyən 4 silahlını öldürdüyünü iddia edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, sərhədi keçərək İsrail ərazisində partlayıcı qurğu yerləşdirməyə cəhd edən silahlı dəstə müşahidə vasitələrində görünüb. Havadan endirilən zərbə nəticəsində onların öldürüldüyü iddia olunur.


Şərhlər