Menu

Həyəcan siqnalı verildi - Blinken və Netanyahu bunkerə endi

17.10.2023, 11:19
Həyəcan siqnalı verildi - Blinken və Netanyahu bunkerə endi

Xəbər verildiyi kimi, ötən gün ABŞ dövlət katibi Antoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə Təl-Əvivdə fövqəladə nazirlər kabinetinin iclasında iştirak edib.

“AzPolitika.info” xəbər verir ki, görüş əsnasında həyəcan siqnalı verildiyindən dövlət rəsmiləri sığınacağa enməli olublar.

Qeyd edək ki, sözügedən görüşdə İsrailin müdafiə naziri Yoav Qalant, keçmiş müdafiə naziri Benni Qantz, keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot, İsrailin Vaşinqtondakı keçmiş səfiri Ron Dermer də bu kabinetinin üzvləri kimi iclasda iştirak ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol