HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Obeyda hazırkı münaqişə və girovluqdakı şəxslər barədə yeni açıqlamalar verib.
"AzPolitika.info" xəbər verir ki, Qassam sözçüsü müraciətində İsrailə növbəti dəfə xəbərdarlıq edib.
“Biz quru əməliyyatı təhdidlərindən qorxmuruq. Biz hazırıq. Qəzza torpaqları sizi udacaq və məzarınıza çevriləcək”,-deyə o, bildirib.
İsraillə qarşıdurmalarda əsir düşənlərin sayının 200-250 nəfər aralığında olduğunu bildirən Əbu Ubeyde, bunlardan 200-nün Qəssam Briqadalarının, qalanlarının isə digər Fələstinli qrupların əlində olduğunu qeyd edib:“Burada bir qrup xarici ölkə vətəndaşları da var. Onlar bizim qonaqlarımızdır, onları qorumağa çalışırıq və lazım olan vaxtda azad edəcəyik”.
“AzPolitika.info”


Şərhlər