Ukryana Silahlı Qüvvələrinin son 24 saatda həyata keçirdiyi əməliyyatlar nəticəsində 800-ə yaxın Rusiya hərbçisi həlak olub.
"AzPolitika.info" UNİAN-a istinadla xəbər verir ki, bu barədə USQ Baş Qərargahından məlumat verilib. Məlumata görə, ötən sutkada Ukrayna ordusu düşmənə aid olan 14 ədəd tank, 26 ədəd artilleriya sistemi və 20 ədəd zirehli maşınları məhv edib.
Eyni zamanda, ötən gün USQ Rusiya tərəfindən işğal edilmiş Berdyansk aerodromuna zərbələr endirib, bu zərbələr nəticəsində Rusiyaya aid 2 ədəd hərbi helikopterin məhv edildiyi bildirilir. Rusiya tərəfi itkilərin sayını açıqlamayıb.
Rüfət
AzPolitika.info


Şərhlər