Menu

Rusiya ordusunun iki helikopteri və sursat anbarı, artilleriya sistemi məhv edilib

17.10.2023, 13:56
Rusiya ordusunun iki helikopteri və sursat anbarı, artilleriya sistemi məhv edilib

Oktyabrın 17-nə keçən gecə Ukrayna ordusu Berdyansk və Luqansk yaxınlığındakı Rusiya hərbi aerodromlarına helikopterlərə hücum edib. 

“AzPolitika.info” xəbər verir ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb. Xəbərdə zərbələrin uğurlu olduğu iddia edilsə də, konkret nəticələr göstərilmir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu səhər yaydığı məlumatda isə Rusiya ordusunun şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə dörd zərbə endirildiyi, nəticədə iki rus helikopterinin, bir sursat anbarı və artilleriya sisteminin sıradan çıxarıldığı bildirilib.

Bundan əvvəl yerli sakinlər sosial şəbəkələrdə Berdyanskda partlayışlar və yerli aerodrom ərazisində sursatların partlaması barədə məlumat yayıblar. Rusiyayönlü "Mariupol İNFO" teleqram kanalı Berdyanskdan partlayışların videosunu yayımlayıb. Videonu çəkənlər kamera arxasında Ukrayna Silahlı Qüvvələrinin sursat anbarına hücum etdiyini deyirlər.

Berdyansk Azov dənizinin sahilində, Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş ərazisində yerləşir. Ukrayna hərbçiləri bundan əvvəl cəbhə xəttindən 85 kilometr aralıda yerləşən şəhərdəki hərbi hədəflərə bir neçə raket zərbəsi endiriblər.

Luqansk cəbhə xəttindən uzaqda yerləşir, lakin Ukraynanın arsenalında olan Britaniyanın “Storm Shadow” raketləri ora çata bilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol