Menu

Fələstində 3 günlük matəm elan edildi - "Baş verənlər soyqırımdır"

18.10.2023, 01:15
Fələstində 3 günlük matəm elan edildi - "Baş verənlər soyqırımdır"

Oktyabrın 17-də İsrail ordusunun Qəzza şəhərində həyata keçirdiyi hava hücumları nəticəsində yüzlərlə insanın öldüyü bildirilir. Bu barədə HƏMAS-ın nəzarət etdiyi anklavın səhiyyə rəsmiləri məlumat veriblər.

BMT-nin bildirdiyinə görə, İsrailin hava hücumları, o cümlədən sığınacaq kimi istifadə edilən məktəblərin birini vurub.

İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzindəki xəstəxanaya hücumu nəticəsində isə azı 500-ə yaxın insan həlak olub

"AzPolitika.imfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qəzza xəstəxanasına hücum nəticəsində ölənləri yad etmək üçün üç günlük matəm elan edib.

"Baş verənlər soyqırımdır. Biz beynəlxalq ictimaiyyəti bu qətliama son qoymağı çağırırıq. Susqunluq artıq məqbul deyil,"  - deyə, Abbas bildirib.

Şərhlər

dadaşyev 2023-10-18 12:17:32


Allaha ağır getməsin,onsuz da qəlbdən keçənləri bilir,o üzdən qoy soruşum.Dəhşətdən sarsılmış bu zavallı körpələrin gözlərindəki qorxu,həyəcan və daha da pisi---çarəsizliklərini anlamaları adamın ağlından yatanda da çıxmır,Sən Özün necə,görmürsənmi bunları?Görürsən əlbəttə,amma necə rəva bilirsən bunu bu zavallı körpələrə yaşatmağı?Böyüklərin çox günahı ola bilir,anladıq deyək ki..Bunların günahı nədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol