Menu

“Xəstəxanaya hücuma görə, ABŞ məsuliyyət daşıyır” – İsmayıl Haniyə

18.10.2023, 11:13
“Xəstəxanaya hücuma görə, ABŞ məsuliyyət daşıyır” – İsmayıl Haniyə

İsrailin Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasına hücumuna görə, ABŞ məsuliyyət daşıyır.

“AzPolitika.info” xəbər verir ki, bunu HƏMAS-ın lderi İsmayıl Haniyə deyib

Onun sözlərinə görə, İsrailin bu bombardmanı düşmənin vəhşiliyini və böyük məğlubiyyətini sübut edən bir qırğın idi :“Bu qətliam Fələstinin işğalından sonra sionistlərin həyata keçirdikləri qırğınlardan biri idi. Bunların bacardığı budur”.

İsrailin dəyərlərə, adət-ənənələrə və beynəlxalq qanunlara hörmət etmədiyini bildirən Haniyə qeyd edib ki, kilsələrə, məscidlərə və xəstəxanalara hücum edən düşməni qınamayanlar da bu soyqırımın məsuliyyətini daşıyırlar.

İşğal bitənə qədər müqavimətin davam edəcəyini vurğulayan Haniyə Fələstin xalqını bütün şəhərlərdə və küçələrdə, xüsusilə İordan çayının qərb sahilində işğalçılara müqavimət göstərmyə çağırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol