Menu

"Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etd" - Millət vəkilinin yazısı

18.10.2023, 13:13
"Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etd" - Millət vəkilinin yazısı

Ulu Öndər Heydər Əliyev: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir!”

Təsadüfi deyil ki, müstəqilliklə bağlı yazıya məhz böyük dövlət adamı Heydər Əliyevin dedikləri bu sözlərlə başlayıram. Bəli müstəqililyi əldə etmək nə qədər çətindirsə qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, lakin bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı.

1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. H.Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisidir. Bir sözlə, Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idi.

2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.

Xalqımızın keçdiyi bu qısa tarixə nəzər salaq.

80-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.

Moskva prosesi zəiflətmək üçün ənənəvi "parçala, hökm sür" siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Bu konteksdə 1987-ci ilin oktyabrında Yerevanda ermənilərin "Qarabağ komitəsi" deyilən təşkilatı açıq mitinqlər keçirtməyə başladı. Davamı olaraq 1987-ci ilin noyabrında Parisdə Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyan Qarabağ hərəkatına rəsmi Moskvanın müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirdi. 1988-ci il fevralından başlayaraq İrəvanda antitürk mövqeli mitinq keçirildi. "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" və s. millətçi şüarlar irəli sürüldü. Digər tərəfdən isə Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başlayaraq, fevralın 20-də Vilayət Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etdilər. SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın hüquqlarını kobud surətdə pozaraq, 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Ermənipərəst Arkadi Volskinin başçılığı ilə birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi təşkil edildi, bütün dövlət və ictimai orqanların səlahiyyətləri dayandırıldı. Komitə vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə, onu Azərbaycana bağlayan əlaqələrin tam qırılmasına, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına və quldur dəstələrində birləşdirilməsinə şərait yaratdı. Beləliklə, azərbaycanlı əhaliyə soyqrım törədərək öz dədə-baba yurdlarından deportasiyası başlandı və sonuncu kənd-Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün içində rus əsgərlərinin köməyi ilə Ermənistandan qovuldu. Beləliklə, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların tarixi-etnik torpaqlarında soyqırımı və deportasiyası başa çatdı. Ermənistandakı 185 azərbaycanlı kəndindən, habelə digər yaşayış məntəqələrindən 300 minə yaxın azərbaycanlı qovuldu. Bu hadisələr fonunda Azərbaycan xalqının səbir kasası getdikcə dolurdu. Etiraz dalğası gündən-günə böyüyürdü. Erməni xalqı Heydər Əliyevin siyasət səhnəsindən təcrid edilməsindən sui-istifadə edirdi. Bir tərəfdən milli azadlıq hərakatı fonunda hakimiyyətə gəlmək istəyən siyasi diletantlar digər tərəfdə isə hakimiyyəti qoruyub saxlamaq istəyən kütbeyin dayanıqsız komanda bir-birləri ilə mübarizə aparır nəticədə yaranmış xaosdan ermənilər yararlanırdı. Bu siyasət dəlalları Heydər Əliyevin siyasət səhnəsinə qayıtmasını arzu etmirdilər. Hətta Heydər Əliyevin hakimiyyətə gəlişini önləmək üçün hüquqi buxovlar yaradırdılar. Formal olaraq Prezidentlik institutu yaradaraq onun rəhbəri “seçilmiş” Ayaz Mütəllibov Prezident seçkiləri haqqında qanuna yuxarı yaş senzi qoymaqla Heydər Əliyevi siyasət səhnəsindən tamailə uzaxlaşdıracağını düşünürdü. Milli hərakat dalğasında hakimiyyətə can atan qüvvələr isə bundan fürsət kimi yaralanırdılar. Biz nə edə bilərik qanunu A.Mütəlibov qəbul edib. Ritorikasının həzzini yaşayırdılar. Hər iki cəbhə düşünrdü ki, Heydər Əliyev erası bitib. Lakin onlar Azərbaycan xalqının qəlbində ki Heydər Əliyev sevgisini Heydər Əliyevin ürəyindəki azadlıq yanğısını qiymətləndirə bilmədilər. Heydər Əliyevə qarşı yönəlmiş yaş senzi Azərbaycan gəncliyinin qəzəbinə səbəb oldu biz Heydər Əliyev sevən gənclər onun müdafiəsinə qalxdıq. Alternativ fikirə qarşı dözümsüzlük nümayiş etdirən o dövrki hökmət rəhbərləri Heydər Əliyev tərəfdarlarına qarşı basqılar sərgilədilər. Lakin biz Heydər Əliyevin Azərbaycanı müstəqilliyə aparan yeganə lider olduğuna inanırdıq.

Təbii ki bu inam Heydər Əliyevin əməli fəaliyyətindən irəli gəlirdi.


Onun hələ 7 mart 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak edib, etməmək barədə fikrini açıq söyləyir:

"Hörmətli xalq deputatları!

Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. 1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz.

Biz hamımız bu İttifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım İttifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır.

Ölkənin rəhbərliyi yetmiş il mövcud olan İttifaqın yarasız olduğunu bəyan edərək, respublikaları yeni İttifaq yaratmağa dəvət edir... hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm."

Bu Heydər Əliyevin müstəqllik mübarizəsi dönəmində xalqa ilk müraciəti idi. O, xalqa yalnız müstəqllik yolu ilə getməyə səsləyirdi. Biz gənclər isə Heydər Əliyevin müstəqllik çağırışlarına qəlbimizin səsi ilə cavab verir onun ətrafında birləşməklə Azərbaycan gəncliyinin müstəqilliyə Heydər Əliyevlə getmək arzususnu ifadə edirdik. Bəli, Azərbaycanın müstəqilliyinin qaçılmaz olması barədə Ümummilli Liderin mövqeyi qəti idi. Təbii ki, Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 12-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 18 oktyabr 1991-ci il tarixində Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 29 dekabr 1991-ci il tarixində ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Müstəlliyimizin bərpa edilməsi ağır tarixi şəaritdən keçirdi. Milli hərakat fonunda hakimiyyətə gəlmiş AXC-Musavat cütlüyünün səriştəsizliyi Azərbaycan torpaqlarınn işğal olunmasına respublikanı separatizm yuvasına çevirdilər. Azərbaycanın bir sıra bölgələrində özünü müstəqil elan edan separatçı qüvvələr isə ayrı-ayrı xarci xüsusi xidmət orqanlarının alətinə çevrilmişdilər. Bu məqamda xalqın Heydər Əliyev dühasına ehtiyacı qabarqı şəkildə hiss edilməyə başladı. Bunun artıq qaçılmaz olduğunu başa düşən hakimiyyət hərisləri gəldikləri kimi də getməyə öz məğlubiyyətlərini etiraf etməyə məcbur oldular. Heydər Əliyevi siaysi səhnədən uzqlaşdırmağa çalışan qüvvələr onun dalınca xüsusi təyyaərə göndərərək təkidlə paytaxta gəlməsini xahiş edirdilər. Bu isə onların həm də etirafı idi. Dahi siyasətçinin hakimiyyətə gəlişi artıq dönüş nöqtəsi oldu. Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən etdi.

Siyasi təmkin nümunəsi olan Heydər Əliyev atəşkəsə nail oldu Azərbaycanın dövlət bütünlüyünü qoruyub saxladı. Azərbaycan xalqının bütün torpaqlarını azad edəcəyinə inam formalaşdırdı. Xalqına arxalanaraq, zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı. Ən önəmlisi isə özünün uğurlu siyasi varsini yetişdirdi. Bəli ata-oğul sələf-xələf əliyevləri bir-birnə bağlayan ən vacib amil əqidə birliyi idi bu əqidə isə Azərbaycanın müstəqilliyinə olan sarsılmaz inamdan keçirdi.

Artqı xəyyalar gerçəkləşib girdiyi bütün döyüşlərdən zəfərlə çıxan Müzəffər Ali Baş komandan ünvanlı Prezidentimiz cənab İlham Əliyev hakimiyyətinin 20 illiyik yubileyində üç rəngli müqəddəs bayrağımızı əzəli Azərbaycan torpağı olan Xankəndinə asdı.

Heydər Əliyevin uğurlu siyasi varisi cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan, güclü Azərbaycanı və ən nəhayətdə Dövlət-Xalq və Hakimiyyətin Siyasi münasibətlə fonunda həmrəyliyinə nail olunmasını qazandırdı. Biz inanırıq ki, bütün döyüşlərdən qələbə ilə çıxan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qərbi Azərbaycan qaydışla bağlı siyasəti də qələbə ilə nəticələnəcək və soyadaşlarımızın öz doğma torpaqlarına qayıtmasını təmin edəcəkdir!

Tanrı müstəqil, qüdrətli Azərbaycanı qorusun!

Müstəqilliyimizin Bərpası Günü mübarək olsun!

Sadiq Qurbanov

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol