Oktyabrın 18-də İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxılır.
“AzPolitika.info” xəbər verir ki, eks-prezidentin oğlunun vəkili Aleksandr Koçubayev sosial şəbəkələrdə yazıb ki, müdafiə tərəfi iş materialları ilə tanış deyil və məhkəmənin təxirə salınması ilə bağlı vəsatət verəcək. Daha sonra o, hakim Masis Melkonyanın məhkəməni təxirə salmaqdan imtina etdiyini bildirib.
Xatırladaq ki, Levon Köçəryan sentyabrın 22-də saxlanılıb və bir ay müddətinə həbs edilib. Sentyabrın 22-də keçirilən etiraz aksiyaları zamanı polis eks-prezidentin oğlunu döyüb, bundan sonra o, xəstəxanaya aparılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hələ xəstəxanada olarkən Levon Köçəryanın saxlanması barədə qərar verilib. İstintaq onun 4 nəfər xüsusi təyinatlını döyməkdə ittiham edir.
“AzPolitika.info”


Şərhlər