Menu

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti artırılıb

18.10.2023, 18:50
COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti artırılıb

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına edilən əlavənin müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, indiyə kimi yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabrın 2-dək nəzərdə tutulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol