Menu

Köçəryan iki aylıq həbs edildi – Prokuror “o həbsdə qalmalıdır” deyib

19.10.2023, 11:09
Köçəryan iki aylıq həbs edildi – Prokuror “o həbsdə qalmalıdır” deyib

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan 2 ay müddətinə həbs edilib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə vəkil Aleksandr Qoçubayev bildirib.

“Levon Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatət təmin edilib. Levon Köçəryan 2 ay müddətinə həbs edilib”, – vəkil deyib.

Aleksandr Koçubaev daha əvvəl bildirmişdi ki, vəsatətin təqdimatı zamanı prokuror “Levon Köçəryanın qeyri-adekvat davranışına dair faktiki sübuta malik olmadığını, lakin o, həbsdə qalmalıdır” deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol