Menu

BMT-nin Baş katibi sabah "Rəfah" keçid məntəqəsinə gedəcək

19.10.2023, 14:09
BMT-nin Baş katibi sabah "Rəfah" keçid məntəqəsinə gedəcək

BMT-nin Baş katibi Antonio Quterreş sabah, oktyabrın 20-də Misirlə Qəzza arasında yerləşən "Rəfah" keçid məntəqəsinə gedəcək.

“Report” xəbər verir ki, bu barədə Misirin “Əl Hədah” telekanalı məlumat yayıb.

O, bölgədəki durumla tanış olacaq.

Qeyd edək ki, Misirin Prezidenti Abdülfəttah Əl-Sisi “Rəfah” sərhəd-buraxılış məntəqəsinin Qəzza zolağına humanitar yük daşıyan 20 avtomobil üçün açılmasına razılaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol