Menu

“Yaxın Şərqdəki münaqişə Çinin strateji planlarına böyük zərbə vuracaq”– “CNN”

19.10.2023, 16:09
“Yaxın Şərqdəki münaqişə Çinin strateji planlarına böyük zərbə vuracaq”– “CNN”

“Çin Yaxın Şərqdən gələn neft və qaz tədarükündən kritik dərəcədə asılıdır. Ona görə də, Çin hazırda davam edən münaqişənin genişlənməsində maraqlı deyil. Çünki bu onun iqtisadiyyatına ciddi ziyan vura bilər”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirlər ABŞ-ın “CNN” nəşrinin Yaxın Şərqlə bağlı yayımladığı təhlil yazısında yer alıb.

“CNN” qeyd edib ki, İsrail-HƏMAS müharibəsi Yaxın Şərqdə daha geniş bir münaqişəyə çevrilmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda Çin İsraili tənqid edib və atəşkəsə çağırıb.

“Pekin Holokostdan sonra yəhudilərin üzləşdiyi ən pis ikinci qətliamda HƏMAS-ı qınamadı. Eyni zamanda, Çin müstəqil Fələstin dövləitinin yaradılması ideyasını dəstəklədiyini bildirdi. Bu mövqe Çinin onilliklər ərzində Fələstin dövlətçiliyinə verdiyi dəstəyə, həmçinin Rusiya ilə olan marqlara uyğun idi”,-deyə nəşr bildirib.

ABŞ nəşri qeyd edir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çin enerji məsələsində Rusiya və Yaxın Şərq ölkələrindən asılıdır. Məlumata görə, Çin dünyanın ən böyük neft idxalçısıdır və neft istehlakının 71%-ni xarici ölkələrdən alır. Yaxın Şərq nefti isə Çinin neft idxalının yarıdan çoxunu və ya ölkənin ümumi neft istehlakının üçdə birindən bir qədər çoxunu təşkil edir. Təbii qaza gəlincə, burada Qətər ön plana çıxır. Qətər Çinin ikinci ən böyük mayeləşdirilmiş təbii qaz tədarükçüsüdür və ölkə idxalının dörddə birini təşkil edir.

“Enerji təhlükəsizliyi əhəmiyyətli iqtisadi problemlərlə üzləşən Çin üçün əsas prioritet olub. Çin ldieri Si Cinpin daha öncə dəfələrlə sabit enerji təchizatının təhlükəsizlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol