Menu

KİYEVDƏKİ "AZƏRBAYCAN EVİ" BAĞLANDI - FOTO

19.10.2023, 16:56
KİYEVDƏKİ "AZƏRBAYCAN EVİ" BAĞLANDI - FOTO

Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının yerləşdiyi "Azərbaycan evi" 4 aydan artıqdır fəaliyyətini dayandırıb. Bu gün isə binanın üzərindəki təşkilatın adı və qarşısındakı bayraqlar sökülüb.

"AzPolitika.info"-ya verilən məlumata görə, səbəb “Azərbaycan evi”nin yerləşdiyi binanın saxlanma xərclərinin qarşılanmamasıdır. Bildirilir ki, Bakıdan maliyyə yardımı kəsildiyindən "Azərbaycan evi" fəaliyyətini fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, son zamanlar dünya ictimaiyyətinin diqqət mərkəzində olan, yüzminlərlə soydaşımızın yaşadığı, dünyadakı ən aktiv diasporlarımızdan olan Ukraynadakı Azərbaycan diasporunun mərkəzi qərargahının bağlanması acınacaqlı haldır.

Xatırladaq ki, Ukraynadakı Azərbaycan diasporunun baş ofisi 10 ildir bu binada yerləşirdi.

"AzPolitika.info"


Şərhlər

Ayhan 2023-10-20 00:46:57

Diasporu Komitəsinrdən bu məsələni sormaq gərəkir.

Kamil 2023-10-19 18:39:07

Bəs Muradov harada yatıb?Bu məsələni vaxtnda həll etməkdən başqa onin ayrı işi vardı?Bu bir daha kadr təyinatlarının yarıtmaz və yanlış olduğuu təsdiq etmir?

X 2023-10-19 17:38:13

KASIB ÖLKƏYIK NEYNIYEK. GÖRMÜSÜZ NAZIRLƏR AÇINDAN DILƏNIR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol