Azərbaycan torpaqlarında Ermənistan işğalçıları tərəfindən yaradılmış və keçən ay özünü buraxan qondarma rejimin «prezidenti» Samvel Şahramanyan tezliklə erməni ictimaiyyətinə geniş açıqlama verəcək.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə qondarma rejimin sadəcə kağız üstündə mövcud olan «İnformasiya Qərargahı»nın yaydığı bəyanatda deyilir.
Bəyanatda qismən deyilir: “Bəzi KİV-lərdə və sosial şəbəkələrdə sentyabrın 19-da baş vermiş hərbi əməliyyatlardan sonra «artsax respublikası» hökumətinin müxtəlif vətəndaşlardan mənzillər və ya daşınmaz əmlak alması, kredit və ya nağd pul verməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu cür məlumatı olan vətəndaşları Ermənistan Respublikası hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa və cinayətlə bağlı müvafiq ifadələr verməyə çağırırıq. Hörmətli həmvətənlər, xüsusən də bu çətin günlərdə sizi müxtəlif məqsədlər güdən yalan və yoxlanılmamış məlumatlara əsaslanmamağa çağırırıq».
Qeyd olunur ki, özü də rejimi kimi kağız üstündə mövcud olan «prezident» Samvel Şahramanyan «yaxın vaxtlarda ictimai çıxışında bu və digər məsələlərə toxunacaq».
Rüfət
AzPolitika.info


Şərhlər