Menu

İsrail ordusu 584 fələstinlini həbs etdiyini açıqladı

20.10.2023, 13:48
İsrail ordusu 584 fələstinlini həbs etdiyini açıqladı

İsrail Müdafiə Qüvvələri “Tsaxal”) HƏMAS-ın İsrailə hücumundan sonra 584 fələstlini həbs etdiyini bildirib. 

"AzPolitika.info" bu barədə “The Times of İsrael” nəşrinə istinadla xəbər verir.

İsrail otdusunun təmsilçisi  onlardan 375-nin HƏMAS-a bağlı olduğunu iddia edib.

“Tsaxal” həmçinin iyun ayında İordan çayının qərb sahilindəki Eli yaşayış məntəqəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə atışma nəticəsində dörd israillini öldürən iki fələstinlidən biri  olan Xalid Mustafa Sabahın Nablus yaxınlığındakı Urif kəndindəki evini əsgərlərin dağıtdığını da etiraf edib.

Ordunun məlumatına görə, son günlər İordan çayının qərb sahilində İsrail qüvvələri ilə fələstinlilər arasında bir neçə toqquşma olub..

Hərbçilər səhər tezdən “Nur Şəms” qaçqın düşərgəsində də 24 saat davam edən əməliyyatı yekunlaşdırdıqlarını, burada əsgərlərin ən azı 12 fələstinlini öldürdüyünü və 20-ni  həbs etdiyini bildirib. Qarşıdurmalarda bir İsrail zabiti də ökdürülüb.

Fələstin Administrasiyasının Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bu yana Qərb Sahilində ən azı 75 fələstinli İsrail qüvvələri və mühacirlər tərəfindən şəhid edilib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol