Azərbaycan hüquq-mühafizə orqanlarının həbs edərək, Bakıya gətirdiyi Qarabağdakı keçmiş qondarma qurumun başçılarına Ermənistanda münasibət birmənalı deyil. Çoxları Araik Arutyunyanı, Bako Saakyanı, Arkadi Qukasyanı, Ruben Vardanyanı və digərlərini korrupsiyada, Qarabağ ərazində yaşamış erməniləri pis vəziyyətə salmaqda, Rusiyaya işləməkdə və s. günahlandırırlar.

“AzPolitika.info” xəbər verir ki, tanınmış erməni bloqer Roman Baqdasaryan hazırda Bakıda təcridxanada olan separatçıların sabiq “liderlərini” ələ salıb. 

Baqdasaryan deyib ki, artıq onlar vaxtilə Qarabağ separatçılarının şəninə yazılmış erməni mahnılarına yox, Azərbaycanın “Cücələrim” mahnısına qulaq asırlar: “İndi hamı soruşur ki, Bakı həbsxanasında nə baş verəcək? Orada nə olmalıdır ki? Elə bilirsiniz Əliyev xahiş edib ki, Bako Saakyan və Araik üçün hər gün Razmik Amyanın mahnılarını qoysunlar? Yox! Əliyev deyib ki, Araik Arutyunyan üçün “Cücələrim” Azərbaycan mahnısını qoysunlar. İndi onlar hər gün buna qulaq asırlar: “Cip-cip cücələrim…”

Qeyd edək ki, Nikol Paşinyanı müdafiə etməsilə tanınan Baqdasaryan bundan öncə Ruben Vardanyan barədə “qoy Bakı həbsxanasında gəbərsin”, - demişdi.

C.Məmmədov

“AzPolitika.info”