Menu

Türkiyənin “F-16” qırıcıları Azərbaycanda

20.10.2023, 15:01
Türkiyənin “F-16” qırıcıları Azərbaycanda

Türkiyənin “F-16” qırıcı təyyarələri Azərbaycana gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Mustafa Kamal Atatürk - 2023” təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “F-16” təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol