Menu

Dövlət Vergi Xidmətinin strukturunda növbəti dəyişiklik edilib

20.10.2023, 18:24
Dövlət Vergi Xidmətinin strukturunda növbəti dəyişiklik edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) strukturuna daxil olan qurumların sayında dəyişiklik edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, dəyişiklikdən sonra daha yeddi qurum DVX-nin strukturuna daxil edilərək sayları artırılıb:

- Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

- Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi

- Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi

- Milli Gəlirlər Baş İdarəsi

- İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi

- Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi

- Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi.

Şərhlər

Camal 2023-10-21 05:01:27

Vergi xidməti yaxşı olardı ki, kargüzarlıq sistemini qaydaya salsın. Vergi ödəyiciləri mütamadi olaraq aldığı səhv, yersiz kameral məktublara cavab yazmaqdan bezib. Vergi Məcəlləsinə bir maddə əlavə olunsun: Vergi ödəyiciləri sübut edərsə, Vergi Xidmətinə - Vergi xidməti tərəfindən səhvən göndərilmiş hər kameral məktuba görə vergi ödəyicisinin nəfinə 10000 manat cərimə tətbiq olunsun.

Camal 2023-10-21 04:52:44

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol