Menu

30 İLDƏN SONRA İLK SINAQ – ABŞ nüvə dövlətlərinə belə xəbərdarlıq etdi

21.10.2023, 11:18
30 İLDƏN SONRA İLK SINAQ – ABŞ nüvə dövlətlərinə belə xəbərdarlıq etdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 1992-ci il sentyabrın 23-dən bəri ilk dəfə Nevada səhrasındakı nüvə poliqonunda taktiki nüvə silahı partlayışını simulyasiya edən nüvə sınağı keçirib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Enerji Departamentinin mənbələri atom bombası partlamasını simulyasiya edən təcrübədə kimyəvi maddələr və radioizotoplardan istifadə edildiyini bildirib.

ABŞ Müdafiə Nazirliyindən isə sözügedən sınaqla bağlı maraqlı açıqlama gəlib.

Pentaqon bu yolla nüvə dövlələrinə xəbərdarlıq edildiyini bildirib.

“Aşağı güclü taktiki atom bombasını simulyasiya edən sınaq konkret məqsəd daşıyır. Yən, müxtəlif növ nüvə silahlarına malik olan dövlətlər dünyanın istənilən nöqtəsində gizli şəkildə taktiki nüvə silahından istifadə etməyə cəhd edərlərsə, ABŞ bundan dərhal xəbərdar olacaq”, - deyə məlumatda bildirilib.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-10-21 15:42:58

Dəqiqləşdirmək istəyirlər ki,görsünlər aşağı güclü nüvə bombasından hansı ölçüdə-çəkidə olanı uzunluğu 40,eni 10 kilometr olan bir əraziyə,yəni Qəzzaya məsəla,yetərlidir.Qəzzadan kənardakılara,yəni İsrailə məsəla,heç bir zərər vermədən.Başqa səbəblər niyyəti gizlətmək üçündür,o başqa səbəbləri,türk demiş,benim külahıma anlatsın ABŞ.Çünki mən duzdan qayıdanda amerikan evangelist-baptist liderlər hələ yenicə duza gedirdilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol