Menu

İranda İŞİD liderlərindən biri həbs olundu - KİV

21.10.2023, 14:44
İranda İŞİD liderlərindən biri həbs olundu - KİV

İranın xüsusi xidmət orqanları ölkənin cənub-şərqində İŞİD terror qruplaşmasının liderlərindən birini həbs edib. 

"AzPolitika.info" bu barədə “Mehr”ə istinadla xəbər verir.

KİV qeyd edir ki, Sistan və Bəlucistan əyalətində xüsusi xidmət orqanlarının genişmiqyaslı kəşfiyyat və əməliyyat tədbirləri həyata keçirməsindən sonra təxribat törətmək niyyətində olan İŞİD terror qruplaşmasının liderlərindən biri həbs edilib.

Bildirilir ki, həbs edilən şəxs vilayətin ucqar ərazilərində bir neçə qrup yaradaraq təxribat törətmək istəyib. Bu şəbəkənin bütün üzvləri son aylarda həbs edilib. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol