HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, Fələstin müqavimət hərəkatı hələ də İsrailin təcavüzü ilə mübarizənin gedişatına nəzarət edir,
"AzPolitika.info" bu barədə Livanın «Əl-Mənar» agentliyinə istinadla xəbər verir.
“Haniyə vurğulayıb ki, müqavimət hərəkatı müstəqillik uğrunda mübarizəni davam etdirəcək və Fələstin xalqının didərgin düşməsinə imkan verməyəcək”, - Livan mediası yazır.
Haniyə həmçinin Amerika və Avropa rəsmilərinin İsrailə dəstək verdiyini qeyd edərək, onların səylərinin ərəb və müsəlman dünyasında uğursuzluğa düçar olduğunu deyib.
Onun sözlərinə görə, İsrailin Qəzzada davam edən təcavüzü dəhşətli nəticələrə gətirib çıxara bilər.
"Bu, İsrail və onun tərəfdarlarının nəzarət edə bilməyəcəyi regional müharibəyə çevrilə bilər" - deyə, HƏMAS lideri bildirib..
Rüfət
AzPolitika.info


Şərhlər