“ABŞ rəsmiləri İsrailə “Hizbullah”la münaqişəyə girməmək barədə xəbərdarlıq ediblər. Bayden administrasiyası İsrailin iki cəbhədə müharibə aparmaqda çətinlik çəkəcəyini, həmçinin bu halda həm ABŞ, həm də İranın müharibəyə qoşula biləcəyini düşünür”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” qəzetində yayımlanan məqalədə bildirilir.
Nəşrin məlumatına görə, HƏMAS-a qarşı başlayan müharibədə ABŞ rəsmilərinin əsas narahatlığı “Hizbullah”la bağlıdır.
ABŞ-ın “Hizbullah”ı cilovlamağa çalışdığını bildirən qəzet, amerikalı diplomatların Yaxın Şərqdə bir çox görüşlərində ərəb həmkarları ilə bu mövzuda danışdıqlarını və İsrail-“Hizbullah” müharibəsinin qarşısını almaq üçün onlardan dəstək istədiklərini qeyd edir.
ABŞ mediasındakı bir çox mənbələrin məlumatına görə, İsrailin müdafiə naziri Yoav Qallant “Hizbullah”ın HƏMAS-dan daha böyük təhlükə olduğu fikrindədir və bu səbəbdən ilk zərbənin İsrail tərəfindən endirilməli olduğunu düşünür. Məsələ ilə bağlı məlumatlı mənbə bildirib ki, Qallant bu təklifi ABŞ dövlət katibi Antoni Bilinkenlə görüşdə dilə gətirib, lakin “Hizbullah”a hücum təklifi digər rəsmilər tərəfindən rədd edilib.
Mənbələr həmçinin bildirirlər ki, ABŞ Prezidenti CO Bayden Qallant da daxil olmaqla İsrailin digər rəsmiləri ilə görüşüb və “Hizbullah”la genişmiqyaslı münaqişənin İsrail üçün hansı nəticələrə səbəb olacağıyla bağlı xəbərdarlıq edib.
“AzPolitika.info”

Şərhlər
İsrail yaman panika içindədir,qorxusu nə qədər böyükdür ki,ABŞ bir deyil,iki böyük təyyarə gəmisi göndərib.ABŞ bununla gücünü nümayiş etdirirmi?Amma bu,güc numayişindən çox İsrailin drojeniyasını sakitləşdirmək üçün “qorxu duası”na bənzəyir.ABŞ aşkarda “Qəzzaya girmə” deyir,amma əlaltından durmadan İsraili Qəzzaya itələyir.İsrail HƏMASdan aşkarca çəkinir,həm bunkerdən çıxacaq sürprizə görə,həm də dərhal Hizbullah şimaldan ikinci,amma çox daha ağır cəbhə açacaq deyə.Hizbullah başlarsa Suriya da məqamdı deyib rus raketlərini fırladacaq Təl-Əvivə Golan təpələrinə görə.İordaniya,Yəmən, İrak-filan nə edəcəklər,Allah bilir.ABŞ isə qorxma,deyir,iki təyyarədaşıyan gəmi dolusu qorxu duası gətirməmişəmmi,vur,arxandayam.Amma İsrail Qəzzaya girib biabır olunca ABŞ deyəcək ““mən dedim də girmə Qəzzaya,sözə baxmadı ki”.