Menu

Almaniya Ukrayna üçün daha 200 milyon avro ayırdı

21.10.2023, 19:41
Almaniya Ukrayna üçün daha 200 milyon avro ayırdı

Almaniya Federal İqtisadiyyat Nazirliyinin dövlət katibi Yoxen Flasbart Ukraynaya səfəri zamanı Ukraynanın yenidən qurulması üçün Almaniyanın əlavə 200 milyon avro ayıracağını açıqlayıb.

"AzPolitika.info" bu barədə Ukrayna mətbuatına istinadla xəbər verir.

Almaniya federal hökumətində Ukraynada yenidənqurma işlərinin əlaqələndirilməsinə cavabdeh olan Flyasbarthın sözlərinə görə, pul təhsil, səhiyyə və içməli su təchizatı, eləcə də şəhərlərin yenidən qurulması üçün istifadə olunacaq.

Flasbart Kiyevdə olarkən həmçinin Ukrayna iqtisadiyyatının kənd təsərrüfatı kimi əsas sektorlarının dəstəklənməsinin vacibliyini vurğulayıb,

“Çünki insanlara perspektivlər və iş yerləri lazımdır”, — deyə Flasbart bildirib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol