Rusiya işğal olunmuş Ukrayna ərazisini tərk etməyənə qədər onunla danışıqlar aparılmayacaq.
"AzPolitika.info" Ukrayna mediyasına istinadla xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Yaponiyanın «Kyodo News» agentliyinə müsahibəsində bildirib.
“Rusiya Ukrayna ərazilərini, o cümlədən, Krımı işğala davam etdiyi bir vaxtda heç bir danışıqlar aparmağın mənası yoxdur” - deyə, Danilov bildirib.
Danilov "F-16" qırıcıları Qərbdən gələn kimi "vəziyyətin kökündən dəyişəcəyinə" inandığını deyib. Lakin onun sözlərinə görə, Ukraynanın azad edilməsi üçün lazım olan vaxtı proqnozlaşdırmaq çətindir.
Ukraynanın Qərbin verdiyi silahlardan Rusiya ərazisinə hücum etmək üçün istifadə etməmək üçün qeyri-rəsmi razılaşmaya girdiyini qeyd edən Danilov, Moskva ətrafındakı ərazilərin yerli istehsal edilən silahlar üçün hədəfə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
O, həmçinin İsrail və HƏMAS arasında gərginliyin artması fonunda beynəlxalq diqqət və dəstəyin zəifləyəcəyi ilə bağlı qorxuları aradan qaldıraraq deyib: "ABŞ və Avropa ilə ünsiyyətdə heç bir azalma yoxdur. Əməkdaşlıq davam edir və hər gün yardım alırıq".
Rüfət
AzPolitika.info


Şərhlər